Тексты песен Тексты песен

H.O.S.T - Sevgi Yoxdur

Yeni vərəq,yeni qələm sevgi sanki

cəhənnəm

Ürək sancır nəfər gəlmir sevgi

xəstəlik vərəm

Sevgi cadu kimidi qanla çəkilmiş pentaqramma

Sağ olsaydı Şekspir mənim həyatımdan

yazardı drama

Biraz stress koma pristup arada bir də paranoya

Bu nə zamandı insanlar sanki robot mamamiya

Yox romantika ürəklər artıq sevmir

İçidə boşdu hamının kirayə

verilən otaqlar kimi

Oyna uşaqlar kimi mənim ürəyim oyuncaqdı

Sındır əlini çıxart gözünü

xeyri yoxdu yenədə sağdı

Qələm damar mürəkkəbimdə qan axır

sətirlərə

Lirik fəlsəfəm çevirir orduları

əsirlərə

Qaraqanam HOSTun oğlu

Yaraları buzla doldur kim deyir ki sevgi var?

Mən deyirəm
sevgi yoxdur


İndi fərqli hisslərində hamı başqa arzularda

Leyli Məcnun sevgisidəki boş nağıl arzularda



Dar,insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular,ümidlər,sevgilər

ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə

sevməkdən qorxdular

Çürüntülər ürəkləri

bağladı mələklərdə içimizi

görüb ağladı



Yeni gecə yeni səhər
sevgi yoxdur
var kədər


Sevgi yoxdur
var yalan sevgi yoxdur var zəhər

Sevgi yoxdur uşaq nağıllarıdı gözəl

əbədi sevgi

Ehtiras var yalannan deyirlər səbəbi sevgi

İndi seks və şou indi geroin və pul əsri

İndi MTV,Sweet Sixteen,Pimp My Ride əsri

İndi hi5 zamanı indi easy life zamanı

Mobil telefonlar kimi mobil insanlar zamanı

Sülh raketlərdən atılır yemək

paketlərdə satılır

Sevgi yoxdur hər il yeni bir sevgi çıxır sonra

atılır

Sevgi yoxdur gizli-gizli parkda sevişmək var

Sevgi yoxdur dalaşmaq qırışmaq didişmək var

Sevgi yoxdur var dörd təkər üstündə

dəmir parçası

Leyli olub bu gün 90x60x90 markası

Sevgi olur qanadlarla əlvan sehrli hisslərlə

Sevgi olmur saytdan hazır götürülmüş

smslərlə



Dar,insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular,ümidlər,sevgilər

ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə

sevməkdən qorxdular

Çürüntülər ürəkləri

bağladı mələklərdə içimizi

görüb ağladı



HOST , Qaraqan , sevgi yoxdur , bügün sevgi belədi ,

Görəsən 5 il sonra necə olacaq ?...

Поделиться:

Количество просмотров: 53

Видео

Другие песни исполнителя