Тексты песен Тексты песен

H.O.S.T - Etiraf otagi

Məni bağışla, padre...qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son

dəfə
Danışacam içimə bağlı gizli,

böyük sirrlərimi

20 ilimi geridə qoydum göz qırpımında
İncə uşaq, sərt qalaya döndü
Dirək axtarırdım, başqalarına dirək oldum
Məcbur oldum, həyat oyunu çox cığaldır
Saçıma çəkilən hər sığalda

anamı tapdım
özümə rəfiqə seçdim...Günlər

keçdi beləcə
Arzularda velosiped də qaldı, yox idi onda imkan
Çox dalaşdı atam anamla
Qapının önünü mən pusurdum
O vaxtdan yarandı vərdiş, hamı

danışır
Mən susurdum.....
"Uşağı həkimə göstərin,

bəlkə sinirləridir xəstə?"
Hamı əllərində

çiçəklərlə gəzir

dəstə-dəstə
"Qaraqan ağlayır qıraqda...."
"Qaraqan dərd çekir..."
"Təzəcə başlamış bu uşaq

həyata necə də xətt çəkir..."
"Nəyə görə hamı oynayanda oturur arxada?"
"Nəyə görə məktəb,

ali-məktəb arxa partada?"
"Nəyə görə "sevgi"

sözünü eşidən anda gözü

qaçır?"
"Neye görə qanıqara?..."
Hamı eyni mövzu, eyni suallarla
Bezdirəndə qaçıb, dəniz sahilində
Dizimi qucaqlardım, indi həmin günlər uzaqlarda
Uzaqlarda nargin, yanır-sönür mayak
1 az sakitləş...nəfəsi saxla...10a qədər sayaq


1...2...3.......

Məni bağışla, padre...qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son

dəfə
Danışacam içimə bağlı gizli,

böyük sirrlərimi


Deyirlər "Pul deyil əsas, onunla xoşbəxt olmaz"
Deyirlər "İnsan elə bir varlıq, heç vaxt

gözlər doymaz"
Deyirlər "Sevgi olan yerdə, Qürur

xəstəlikdir"
İçimə doldu payız xəzanı yenə

də yaşadım arzularda
Üstəlik mənim də gizli hisslərim gizlənib
Neçə bina damından ulduzlara baxıb, gözlədim
İstədim sevgilim olsun mənimlə eyni

düşüncələrə sahib
Yarı sözdən anlayaq bir-birimizi
Çox ürək də qırıb, getdim
Göz yaşları

töküldü....-səbəbi mən
Hərdən oluram əsəbi mən, hərdən

içimə qapanıram
Hərdən intihar arzuları biləkdə iz qoyur...
Hərdən Allahın qarşısında QaraQan diz

çökür
Və Sanki xeyri yoxdur dualar da
Sanki, boşdur həyat filmi
Maraqsızdır...bu nə bəladır? Bu nə

cür işdir?
Uşaqlıqdan arzum olub rəssam olum
Amma bu gün rəssam olmaq istəyən acından

ölür
Xaraba dünya...Dərəyə yıxılan araba

dünya
Qəribə dünya..burda Hamı quldur, təkcə

Xəlifə dünya...
Əlinə, dünya, düşmüşəm

oyuncaq kimi
Mən kəpənək, sən

hörümçək kimi
Toruna bağlı, ürəyi dağlı...

Məni bağışla, padre...qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son

dəfə
Danışacam içimə bağlı gizli,

böyük sirrlərimi

Hələ də hıçqırıqlar içimi

doldurub,
"Nəyə görə gəlmişəm bu

həyata?"
Qəribə suallar...divar tək əhatəmdə
Xasiyyətimdə sentemental doludur kompleks
Gücüm zəifliyimi danmamaqda
Qapını üzümə bağlamaqda peshəkar olan


Doğmalar var...məni sevənləri incidirəm
Sevməyənlərin acığını onlardan

çıxıb,
İnsanam, mən də öz səhvlərimlə
Həyata tozlu pəncərədən baxıb,
Günbəgün və günbəgün bezib,
Eyni mənzərədən qaçıram

ölümə doğru
2007 addım atmışam, yəqin az qalıb
Naşükürəm, bəlkə hər nə

olsa, yenə də az gəlir
Əbədi qışdayam amma inanıramki, YAZ

GƏLİR......

Поделиться:

Количество просмотров: 64

Другие песни исполнителя